PFL prezidenti: "Superkuboku keçirməmək qərarına gəldik"
Tarix: 07-06-2023 16:34 | Bölmə: İdman
PFL prezidenti: "Superkuboku keçirməmək qərarına gəldik"

"Təəssüf ki, komandalarımızın avrokubok dönəmini də nəzərə aldıqdan sonra Superkuboku keçirməmək qərarına gəldik".

Reyting.az
xəbər verir ki, bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Azərbaycan Super Kubokunun keçirilmə ehtimalı ilə bağlı danışarkən deyib.

Funksioner gələcəkdə bu məsələnin yenidən müzakirə müstəvisinə çıxarıla biləcəyini söyləyib: "Sizin sayta müsahibəmdə mövsümün təqviminə Superkuboku da əlavə etməyə çalışacağımızı bildirmişdim. Amma həmçinin qeyd etmişdim ki, əsas problem vaxtla bağlıdır. Bu məsələni yenə müzakirə etdik və Superkuboku keçirməmək qərarına gəldik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}