Futbol Federasiyasının rəhbəri cinsi təcavüzdə ittiham olunur
Tarix: 25-08-2023 15:49 | Bölmə: İdman
Futbol Federasiyasının rəhbəri cinsi təcavüzdə ittiham olunur

Madrid prokurorları İspaniya Futbol Federasiyasının (RFEF) rəhbəri Luis Rubiales haqqında futbolçu Cennifer Hermosoya qarşı cinsi təcavüz ittihamı ilə istintaqa başlayıb. Reyting.az xəbər verir ki, bu barədə “El Confidencial” yazıb.

Məlumata görə, Rubialesdən prokurorluğa üç şikayət daxil olub. Onlardan biri artıq İspaniya Milli Məhkəməsinə göndərilib. Hüquq ekspertlərinin fikrincə, baş verənlər iş yerində cinsi zorakılıq və ya cinsi təcavüz cinayəti kimi təsnif edilə bilər.

Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra sekis qalmaqalı ilə üzləşib. Funksioner futbolçu Cenni Hermosonu tutaraq dodaqlarından ehtirasla öpüb. Sosial şəbəkələrdə bu epizodu şərh edən Hermoso Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb. Hadisə futbol ictimaiyyətində də qızğın müzakirələrə səbəb olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər