14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
“Olimpiya” klubunun Bakıya səfər proqramı müəyyənləşib
Tarix: 28-08-2023 14:51 | Bölmə: İdman
“Olimpiya” klubunun Bakıya səfər proqramı müəyyənləşib

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Sloveniyanın “Olimpiya” klubunun səfər proqramı müəyyənləşib.

Məlumata görə, Lyublyana təmsilçisi bu gecə yola düşəcək.

Komandanı Bakıya gətirəcək təyyarənin saat 05:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi planlaşdırılır. Sloveniya çempionu “Fairmont” hoteldə məskunlaşacaq.

Komandanı matçda dəstəkləmək üçün təxminən 15 azarkeşin gəlməsi gözlənilir.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. “Qarabağ” səfərdə reallaşan ilk matçda 2:0 hesablı qələbə qazanıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}