14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Futbol klubu: "Rıza Çalımbayla anlaşmamışıq"
Tarix: 28-08-2023 17:33 | Bölmə: İdman
Futbol klubu: "Rıza Çalımbayla anlaşmamışıq"

Super Liqa təmsilçisi "Qaziantep" FK komandanın baş məşqçisi vəzifəsinə Rıza Çalımbayın təyin olunacağı ilə bağlı iddiaları təkzib edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə rəsmi hesabında açıqlama yayıb.

Bildirilib ki, bəzi mətbu orqanlarında dərc olunan bu xəbər xəyal məhsuludur: "Bu gün bəzi mətbuat orqanlarında "Rıza Çalımbay "Qaziantep"də",- başlığı ilə verilən xəbərlər həqiqəti əsk etdirmir. Klubumuzun baş məşqçisi Erdal Güneşə güvənimizin sonsuz olduğunu bir daha bildiririk".

Xatırladaq ki, Erdal Güneşin rəhbərliyi altında 2023-2024 mövsümünə Super Liqada oyunlara başlayan "Qaziantep" son 3 oyunun hamısında uduzub.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}