14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Rusiya millisi olimpiya komandası ilə qarşılaşacaq
Tarix: 28-08-2023 20:50 | Bölmə: İdman
Rusiya millisi olimpiya komandası ilə qarşılaşacaq

Rusiyanın milli komandası sentyabr ayında Misirin olimpiya komandası ilə iki oyun keçirəcək.

Reyting.az
xəbər verir ki, Misir Futbol Assosiasiyası sentyabrda Rusiya millisi ilə oyun keçirəcəyini təsdiqləyib.

Eyni zamanda iki yoldaşlıq oyunu ilə bağlı razılığın əldə olunduğu da bildirilir.

“Rusiya millisi ilə Misirdə yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı məlumatı təsdiqləyə bilərəm. Artıq konkret tarixlərimiz var - 7 və 11 sentyabr”, - deyə “Sport-Ekspress” Misir Futbol Assosiasiyasının mətbuat katibi Valid Əl-Əttarın sözlərini sitat gətirib.

Rusiya millisinin toplanışı sentyabrın 4-də Novoqorskda başlayacaq və sentyabrın 12-dək davam edəcək. Bundan əvvəl Rusiya yığmasının Qətər millisi ilə oyun keçirəcəyi gözlənilirdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}