Ərəblər "Beşiktaş"la fransız oyunçunun anlaşmasını pozub
Tarix: 29-08-2023 13:08 | Bölmə: İdman
Ərəblər "Beşiktaş"la fransız oyunçunun anlaşmasını pozub

"Beşiktaş"ın transfer etmək istədiyi "Barselona"nın müdafiəçisi Klement Lenqlet ərəblər üçün də cəlbedicidir.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, "Beşiktaş" bir neçə həftədir "Tottenhem"də icarədə olan "Barselona"nın müdafiəçisi Klement Lenqleti heyətinə cəlb etmək istəyir.

Məlumata görə, danışıqların müsbət sonluqla yekunlaşmaq ərəfəsində olduğu bir vaxtda Səudiyyə Ərəbistanından adı açıqlanmayan bir klub "ortaya atılıb".

İspaniya mətbuatı yazır ki, ərəblərin futbolçuya illik 10 milyon sabit maaş təklif etməsi "Beşiktaş"la danışıqlar prosesini dayandırıb: "Hazırda futbolçunun hansı komandaya transfer olunacağı qeyri-müəyyən qalıb".

Xatırladaq ki, Klement Lenqlet "Barselona"da 160 oyunda meydana çıxıb və 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransız müdafiəçi orada 38 sarı, 5 qırmızı vərəqə alıb.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}