Qətər Asiya kubokunu qazanıb
Tarix: 10-02-2024 23:31 | Bölmə: İdman / Xəbərlər
Qətər Asiya kubokunu qazanıb

Bu gün Asiya Futbol Konfederasiyasının finalında Qətər və İordaniya milliləri üz-üzə gəlib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Lusail stadionunda keçirilən oyunda Qətər yığması 22-ci dəqiqədə Əkrəm Afifin penaltidən vurduğu qolla önə keçib.

Turnirdə ilk dəfə finalda çıxış edən İordaniya 67-ci dəqiqədə “Yazı Əl-Naimat”la heç-heçə edib.

Qətərin heyətində çıxış edən Afifin 73 və 90+5-ci dəqiqələrdə daha iki penalti zərbəsini dəqiq yerinə yetirib - 3:1.

Beləliklə, matçdan 3-1 qalib ayrılan Qətər məğlubiyyətsiz çempion olub.

Bununla da çempion Qətər 5 milyon dollar, finalçı İordaniya isə 3 milyon dollar pul mükafatını qazanıb.

Qətər Asiya Kubokundan əldə etdiyi bilet gəlirlərini isə fələstinlilərə dəstək üçün bağışlayacaq.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}