Əcnəbi baş məşqçi Türkiyə vətəndaşlığı istəyir: "Adımı da..."
Tarix: 15-02-2024 18:02 | Bölmə: İdman
Əcnəbi baş məşqçi Türkiyə vətəndaşlığı istəyir: "Adımı da..."

Türkiyə Superliqa komandalarından olan "Qaziantep FK"nın məşqçisi Marius Sumudica Türkiyə vətəndaşı olmaq istəyir.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk futboluna töhfə verdiyini bildirən Sumudicanın sözlərinə görə, ölkə vətəndaşlığına keçmək onun üçün qürur olacaq:

"Bu, mənim üçün çox gözəl olardı. Klub prezidentimizin mənim haqqımda dedikləri gözəl idi. Mən burada işləyirəm, türk futboluna töhfə verirəm. İnşallah, söz verdikləri kimi, pasportumu da tezliklə alacam. Bura mənim ikinci vətənimdir. Yeni pasportumda adımın "Tayyib" və ya "Memik" olmasını istəyirəm"

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər