"Qarabağ" bir qələbə ilə 1,2 milyon avro qazanıb
Tarix: 23-02-2024 10:02 | Bölmə: İdman
"Qarabağ" bir qələbə ilə 1,2 milyon avro qazanıb

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandasına qalib gələn "Qarabağ" kassasına əlavə gəlir gətirib.

Reyting.az
xəbər verir ki, 1/8 finala yüksələn komandamıza məhz tur adlamasına görə 1,2 milyon avro alacaq.

Qrup oyunlarından qazanc isə sonradan ödəniləcək.

Qeyd edək ki, "köhlən atlar" Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada "Braqa"dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}