"Sabah”da yeni baş məşqçi təyinatı olub
Tarix: 05-03-2024 11:12 | Bölmə: İdman
"Sabah”da yeni baş məşqçi təyinatı olub

"Sabah” futbol komandasında yeni baş məşqçi təyinatı olub.

Reyting.az
xəbər verir ki, klub xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlayıb.

Renduliç karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}