Bu gün "Qarabağ"-"Bayer 04" qarşılaşması olacaq
Tarix: 07-03-2024 09:19 | Bölmə: İdman / Xəbərlər
Bu gün "Qarabağ"-"Bayer 04" qarşılaşması olacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.

Reyting.az
xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.

UEFA Avropa Liqası

1/8 final, ilk oyun

7 mart

21:45. "Qarabağ" - "Bayer 04" (Almaniya)

Baş hakim: Benua Bastyen (Fransa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}