İlin ən yaxşı məşqçiləri – Deşam və Zidan
Tarix: 29-11-2018 21:25 | Bölmə: İdman
İlin ən yaxşı məşqçiləri – Deşam və Zidan

Dünya çempionu Fransanın baş məşqçisi Didye Deşam Futbol tarixi və statistikası beynəlxalq federasiyasının versiyası üzrə milli komandaların məşqçiləri arasında 2018-ci ilin ən yaxşısı kimi tanınıb.

Reyting.az bildirir ki, Deşam 304 xal toplayıb

İkinci sırada 198 xalla dünya çempionatında gümüş medal qazanan Xorvatiyanın çalışdırıcısı Zlatka Daliçdir.

Mundialda üçüncü olan Belçikanın baş məşqçisi Roberto Martines 84 xal toplaya bilib.

İlin ən yaxşı məşqçiləri – Deşam və Zidan

Klub səviyyəsində ilin ən yaxşı məşqçisi 296 xalla Madrid “Real”ı ilə Çempionlar liqasının qalibi olan Zinəddin Zidan seçilib.

İkinci sırada İngiltərənin “Liverpul” klubunun çalışdırıcısı Yurqen Klopp (109 xal), üçüncü isə 105 xalla “Mançester Siti”nin sükanı arxasındakı Xosep Qvardioladır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}