Tarix: 04-07-2016 10:07 | Bölmə: İdman / Xəbərlər
Avropa çempionatının 1/4 final mərhələsində növbəti oyun keçirilib. Fransa və İslandiya millisinin üz-üzə gəldiyi oyunda hesabı meydan sahibləri açıblar. Fransa komandasının ilk qolu Jirunun adına yazılıb.
Oyunun 20-ci dəqiqəsində Pol Poqba komandasının ikinci qolunu vurub. Oyunun 43-cü dəqiqəsində Paye komandasına üçüncü qolu vurub.
Amma bu da ilk hissədə vurulan sonuncu qol olmayıb. 45-ci dəqiqədə Qrizmann komandasının dördüncü qolunu vurub.
İkinci hissəyə daha fəal başlayan islandlar 56-ci dəqiqədə vurulan qollardan birinə cavab veriblər. İslandiya oyunçusu Siqthorson komandasının ilk qolunu vuraraq hesabı 4:1-ə çatdırıb.
Bundan 3 dəqiqə sonra Oliviye Jiru Fransa komandasının 5-ci qolunu vurub.
Amma bu da oyunda vurulan sonuncu qol olmayıb. İslandlar 84-cü dəqiqədə vurulan qollardan daha birinin əvəzini çıxıblar. Oyun Fransa komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Avro-2016”nın daha bir erkən finalı olacaq. Belə ki, yarımfinalda Fransa millisi Almaniya ilə qarşılaşacaq.
Bölməyə aid digər xəbərlər