12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
Tarix: 18-09-2019 16:40 | Bölmə: İdman
Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb - 9:0.

Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb.

İkinci hissədə azərbaycanlı pəhləvan daha 5 xal alaraq, vaxtından əvvəl qələbəyə nail olub - 9:0.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk belə uğurunu 2009-cu ildə Almaniyanın Dortmund şəhərindəki mundialda əldə edib.

Hazırda Azərbaycan millisinin aktivində 1 dəst medal var. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Stadnik həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Digər qadın güləşçilərdən Elis Manolova (65 kq) bürünc medal uğrunda güləşəcək, Tatyana Omelçenko (59 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Hər iki qarşılaşma sentyabrın 19-da olacaq.

Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər