14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Partiya sədri futbol klublarını təbrik edib
Tarix: 26-08-2016 12:55 | Bölmə: İdman / Xəbərlər


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev "Qəbələ” və "Qarabağ” klublarını UEFA Avropa liqasının qrup mərhələsinə adlamaları münasibətilə təbrik edib.

Hər iki kluba ünvanlanan təbrik məktubunda deyilir: "Sizi əldə etdiyiniz qələbə münasibətilə təbrik edirəm. Çətin bir mübarizə şəraitində nümayiş etdirdiyiniz əzmkarlıq və qazandığınız qələbə bizə sevinc bəxş etdi. Uğurlarınızın davamlı olacağına ümid bəsləyir və bundan sonrakı mübarizənizdə də qələbə əzmi arzulayıram. Uğur hər zaman sizinlə olsun”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib