23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İsveçrə yığmasının baş məşqçisi: “Bakı - Roma - Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik"
Tarix: 02-12-2019 10:18 | Bölmə: İdman
İsveçrə yığmasının baş məşqçisi: “Bakı - Roma - Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik"

“Bakı - Roma - Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik. Amma buna görə çox narahat olmağımız lazım deyil. Bu, heç bir halda bəhanə olmamalıdır”.

Bunu AVRO-2020-də İtaliya, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda yer alan İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç “Blick” nəşrinə açıqlamasında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, 4 komanda arasında favorit İtaliyadır: “Bu, güclü rəqiblərin yer aldığı maraqlı qrupdur. Amma biz güclüyük və irəliləmək imkanımız var. Əlbəttə, hədəfimiz budur. İtaliya qrupun favoritdir. Yəqin ki, digər 3 komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. Petkoviçin baş məşqçisi olduğu komanda iyunun 17-də Romada İtaliya ilə qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}