Zlatan İbrahimoviç "Milan"a dönür
Tarix: 16-12-2019 12:23 | Bölmə: İdman
Zlatan İbrahimoviç "Milan"a dönür

İtaliyanın “Milan” klubu sabiq futbolçusu Zlatan İbrahimoviçlə danışıq aparır.

Bu barədə “Football Italia”ya açıqlamasında “rossoneri”in idman direktoru Paolo Maldini bildirib. O, 38 yaşlı isveçli hücumçunun mövqeyinə başqa namizədləri də gözdən keçirdiklərini vurğulayıb.

Qeyd edək ki, ABŞ təmsilçisi “Los-Anceles Qelaksi”dən ayrılan İbrahimoviç karyerası ərzində vətənində “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” komandalarının formasını geyinib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}