Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
Tarix: 26-01-2020 10:52 | Bölmə: İdman / Xəbərlər
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, Çempionlar Liqasının finalı Azərbaycanda keçirilə bilər.

Reyting.az
-ın məlumatına görə, E. Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, gələcəkdə Çempionlar Liqasının finalının Bakıda keçirilməsi mümkündür:

“Artıq son illər Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?”




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}