Ronaldu Messini qabaqlayıb
Tarix: 02-04-2020 18:00 | Bölmə: İdman
Ronaldu Messini qabaqlayıb

İspaniyanın "Marca" nəşri oxucuları arasında tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermə keçirib.

Məlumata görə, səsvermə pley-off formatında təşkil edilib. Burada oxucular əfsanəvi oyunçudan birini seçməli olub, qalib gələn isə növbəti mərhələyə keçib.

Final duelində Lionel Messi ("Barselona", İspaniya) və Kriştianu Ronaldu ("Yuventus", İtaliya) üz-üzə gəliblər. Ronaldu səslərin 54 faizini toplayaraq ən yaxşı oyunçu adını qazanıb.

Səsvermədə finala gedən yolda portuqaliyalı hücumçu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı qabaqlayıb. Messi isə öz növbəsində Ferenç Puskas, Alfredo Di Stefano və braziliyalı Ronaldoya qalib gəlib.

Ronaldo Maradonadan iki faiz çox səs toplayaraq üçüncü yeri tutub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}