13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
“Neftçi” UEFA reytinqində 11 pillə irəliləyib
Tarix: 28-08-2020 12:23 | Bölmə: İdman / Xəbərlər
“Neftçi” UEFA reytinqində 11 pillə irəliləyib

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Reyting.az
xəbər verir ki, keçirilən 43 matç 430 komandanın yer aldığı siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Ən yüksək reytinqə malik təmsilçimiz “Qarabağ” əvvəlki kimi 62-ci pillədə qərarlaşıb. Ancaq Ağdam klubunun şərikləri artıb. Rumıniyanın “Styaua” klubu xal hesabını 20,500-ə çatdıraraq “Qarabağ”a çatıb. “Milan” (İtaliya) və “Standard”a (Belçika) da eyni xala malikdir.

Ötən gecə “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə məğlub edərək mərhələ adlayan “Neftçi” 11 pillə irəliləyib. “Ağ-qaralar”ın hazırda 5,000 xalı var. Brest “Dinamo”su (Belarus), “Riqa” (Latviya) və “Hafnarfyordur”a (İslandiya) çatan təmsilçimiz 212-215-ci yerləri bölüşür.

“Qəbələ”nin xal hesabı dəyişməyib. “Qırmızı-qaralar” 5,500 xala malikdir. 4 pillə geriləyən təmsilçimiz 182-193-cü yerləri bölüşür.

“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdir.

Qeyd edək ki, reytinq cədvəlinə 111,000 xalla Çempionlar Liqasının son qalibi “Bavariya” (Almaniya) başçılıq edir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər