13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Bu gün UEFA Çempionlar Liqasında daha 3 qarşılaşma olacaq
Tarix: 23-09-2020 08:17 | Bölmə: İdman
Bu gün UEFA Çempionlar Liqasında daha 3 qarşılaşma olacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından daha 3-ü keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilərlə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşacaq.

Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək.

23 sentyabr

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə məğlub edib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər