07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb
Tarix: 23-09-2020 15:00 | Bölmə: İdman
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb

UEFA 2019/2020 mövsümünün ən yaxşı futbolçu və baş məşqçisi adına namizədləri açıqlayıb.

Məlumata görə, Almaniya "Bavariya"sından Manuel Noyer ilə Robert Levandovski, İngiltərə “Mançester Siti”sindən isə Kevin de Brüyne ən yaxşı oyunçu adına namizəddir.

"Bavariya"nın baş məşqçisi Hans Flik, “Leyptsiq”ə rəhbərlik edən Yulian Nagelsman və İngiltərə "Liverpul"undan Yurgen Klopp ən yaxşı baş məşqçi nominasiyasında iddialıdır.

Qadın futbolçulardan Lyusi Bronz ("Mançester Siti", İngiltərə) Pernil Harder ("Çelsi", İngiltərə) və Vendi Renar ("Lion" Fransa) namizədlər sırasındadır. .

Qadın komandaların baş məşqçiləri arasında isə Lluis Kortes (“Barselona”, İspaniya), Stefan Lerş (“Volfsburq”, Almaniya) və Jan-Lyuk Vasser (“Lion”) bu ada iddia edir.

Qeyd edək ki, qaliblər oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}