14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Futbol Akademiyasında dəyişiklik edilib - Təyinat
Tarix: 24-09-2020 00:04 | Bölmə: İdman
Futbol Akademiyasında dəyişiklik edilib

“Qəbələ” Futbol Akademiyasında yeni təyinatlar gerçəkləşib.

Klubun yaydığı məlumata görə, Halim Fıçıcının gedişindən sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub.

O, həm də U-19 komandasını çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.

Qeyd edək ki, akademiyanın 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}