"Legiya"nın futbolçusu: “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq”
Tarix: 25-09-2020 09:53 | Bölmə: İdman
"Legiya"nın futbolçusu: “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq”

"Artıq avrokuboklarda asan oyunlar olmur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi növbəti matça hazırlaşmağa vaxtımız var".

Reyting.az
xəbər verir ki, bu sözləri Polşanın "Legiya" klubunun futbolçusu Pavel Vşolek Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Drita"ya (Kosovo) 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Polşalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında pley-offda "Qarabağ"la keçiriləcək görüş haqda da danışıb: “Bir həftədən sonra “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək. Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdir”.

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib gələn komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}