17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Bavariya” Bundesliqada qələbə qazanıb
Tarix: 18-10-2020 08:56 | Bölmə: İdman
“Bavariya” Bundesliqada qələbə qazanıb

“Bavariya” Bundesliqadakı növbəti oyununda “Arminia Bielefeld”lə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

8-ci dəqiqədə Tomas Müllerin hesabı açdığı görüşdə Robert Levandovski 26 və 45-ci dəqiqələrdə fərqlənməklə dubl edib. Müller 51-ci dəqiqədə yenidən qapıya yol tapmağı bacarıb. O, qarşılaşmada özünün 2-ci, komandasının 4-cü qolunu vurub.

Rəqibin futbolçularından Ritsu Doan 58-ci dəqiqədə fərqi azaltmağa nail olub, lakin oyun elə bu hesabla başa çatıb- 1:4.

Qeyd edək ki, “Bavariya” 9 xalla çempionatın turnir cədvəlində 2-cidir. Aktivində 4 xalı olan “Arminia Bielefeld” isə 14-cü yerdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}