Qurban Qurbanov: "Qələbə qazanmaq istəyirik"
Tarix: 25-11-2020 21:07 | Bölmə: İdman
Qurban Qurbanov: "Qələbə qazanmaq istəyirik"

"Başda Türkiyə olmaqla, hər zaman bizə dəstək olan ölkələrə təşəkkürümü bildirirəm. Bu, bütün türk dünyasının qələbəsidir".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, komandası sabahkı matçda meydana qələbə üçün çıxacaq: "Çətin olacağını bilirik. Çünki heyətimizdə zədəli və cəzalı futbolçular var. Sabah iki qardaş ölkənin komandası qarşılaşacaq. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}