21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Portuqaliya - Azərbaycan matçı neytral meydanda keçirilə bilər
Tarix: 01-03-2021 16:33 | Bölmə: İdman
Portuqaliya - Azərbaycan matçı neytral meydanda keçirilə bilər

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər matçının yeri dəyişdirilə bilər.

"mundolusiada" nəşri xəbər verir ki, buna səbəb pireneylilərin aparıcı üzvlərinin sözügedən matçda iştirak edə bilməmə təhlükəsidir.

İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ölkədə koronavirusla bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinə görə yığmadan kənarda qala bilərlər. Çünki həmin oyunçular millinin düşərgəsindən qayıtdıqdan sonra karantinə alınacaqlar ki, bu da klubları razı salmır.

Vəziyyətdən çıxış yolu axtaran Portuqaliya Futbol Federasiyası oyunun başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirir.

Qeyd edək ki, Portuqaliya - Azərbaycan matçı martın 24-də keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər