07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
"Mançester Siti" ardıcıl 21-ci qələbəsini qazanıb
Tarix: 03-03-2021 08:54 | Bölmə: İdman
"Mançester Siti" ardıcıl 21-ci qələbəsini qazanıb

İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.

Reyting.az
xəbər verir ki, turun açılış oyununda "Mançester Siti" "Vulverhempton"u qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Mançester təmsilçisi bütün turnirlərdə ardıcıl 21-ci qalibiyyətini əldə edib.

"Mançester Siti" - "Vulverhempton" - 4:1
Qollar: Dendonker, 15-avtoqol (1:0), Kodu, 61 (1:1), Jezus, 80 (2:1), Mahrez, 90 (3:1), Jezus, 90+3 (4:1).

Bu qələbə ilə xalını 65-ə yüksəldən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda liderliyi möhkəmlədib. "Mançester Yunayted" 50 xalla 2-ci, "Lester" 49 xalla 3-cüdür.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}