Adı "Neftçi" ilə hallanan futbolçu həbs olunub
Tarix: 03-03-2021 11:55 | Bölmə: İdman
Adı "Neftçi" ilə hallanan futbolçu həbs olunub

Albaniyanın "Partizani" klubunun nigeriyalı sabiq futbolçusu Teofilus Solomon ölkəsində həbs olunub.

"Panoramasport" xəbər verir ki, buna 25 yaşlı forvardın küçədə sevgilisi ilə mübahisə etməsi və onu döyməsi səbəb olub. Afrikalı forvard həmçinin 300 000 avro məbləğində cərimələnib.

Bir neçə gündür həbsxanada olan oyunçu apellyasiya şikayəti verib. Məhkəmə Solomonun şikayətini qismən təmin edib. Futbolçu təzminatı ödədikdən sonra ev dustaqlığına buraxılacaq.

Qeyd edək ki, Teofilus Solomonun adı qış fasiləsində "Neftçi" ilə hallanırdı/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}