"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib
Tarix: 03-03-2021 18:59 | Bölmə: İdman
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Məlumata görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVIII turunun "Sumqayıt"la səfər oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, bir müddətdir danışıq apardıqları kamerunlu vinger Luis Rodriq Bonqongi ilə anlaşma əldə olunub: "O artıq yoldadır. Bura gəldikdən sonra sifariş ediləcək. Bundan başqa da bir neçə futbolçu var ki, danışıq aparırıq".

Qeyd edək ki, Fransa "Sedan"ının yetirməsi olan 28 yaşlı hücumameylli yarımmüdafiəçi "Les Erbye" və "Paris" klublarının da formasını geyinib. O, həmçinin Xorvatiyanın "Slaven Belupo", Sloveniyanın "Tabor" və İsrailin "Hapoel" (Hadera) komandalarında da çıxış edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}