"Qalatasaray"ın 8 oyunluq qələbə seriyasına son qoyulub
Tarix: 03-03-2021 23:59 | Bölmə: İdman
"Qalatasaray"ın 8 oyunluq qələbə seriyasına son qoyulub

"Qalatasaray" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Reying.az
xəbər verir ki, İstanbul klubu 28-ci turda "Ankaragücü"nün qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İstanbul təmsilçisinin ölkə çempionatında 8 oyunluq qələbə seriyasına son qoyulub.

"Ankaragücü" - "Qalatasaray" - 2:1
Qollar: Akdağ, 45+1-pen (1:0), Lobzhanidze, 55 (2:0), Aktürkoğlu, 90+3 (2:1).

Bu nəticədən sonra "Qalarasaray" 57 xalla (27 oyun) 1-ci pillədə qərarlaşıb. "Beşiktaş" 57 xalla (26 oyun) 2-ci, "Fənərbaxça" 54 xalla (26 oyun) 3-cüdür. "Ankaragücü" isə 23 xalla 19-cudur.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}