21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Tanınmış cüdoçu millimizin heyətindən çıxarılıb
Tarix: 04-03-2021 13:07 | Bölmə: İdman
Tanınmış cüdoçu millimizin heyətindən çıxarılıb

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqədə iştirak etməyəcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.

Federasiya rəsmisinin sözlərinə görə, 78 kq-dan yuxarı çəkidə yarışan Ukrayna əsilli idmançı zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, martın 7-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycanın 12 cüdoçusu qüvvəsini sınayacaq. Kişilərdən ibarət komandanın heyətində Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) yer alıblar. Qadınlardan isə 48 kq-da Aişə Qurbanlı ilə Leyla Əliyeva mübarizə aparacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər