Millimizin Qətərlə səfər oyununun yeri dəyişdirilib
Tarix: 09-03-2021 08:06 | Bölmə: İdman
Millimizin Qətərlə səfər oyununun yeri dəyişdirilib

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçının yeri dəyişdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Qətər Futbol Federasiyası məlumat yayıb. Görüş əvvəlcədən açıqlandığı kimi, Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

Koronavirus pandemiyasına görə yaranan səyahət məhdudiyyətləri səbəbindən qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nedyerdeyi" stadionunda olacağına qərar verilib.

Mundialın meydan sahibləri Lüksemburq və İrlandiyanı da bu arenada qəbul edəcək.

Qeyd edək ki, martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}