21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Portuqaliya millisinin baş məşqçisi: "Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq"
Tarix: 16-03-2021 17:29 | Bölmə: İdman
Portuqaliya millisinin baş məşqçisi: "Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq"

"Karantin məsələsi həll edildi. İngiltərədəki oyunçuların milliyə gəlməsi üçün hansısa problem yoxdur. Mən hüquq üzrə mütəxəssis deyiləm, amma aydın görünür ki, oyunçular yığmaya gələ bilərlər"

Bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburla keçirəcəkləri oyunlardan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis Azərbaycan seçməsini Portuqaliyada deyil, İtaliyada qəbul edəcəkləri üçün təəssüfləndiyini bildirib: "Oyunların hamısı Portuqaliya xaricində keçiriləcək. Təəssüf ki, ilk görüşümüzü burada deyil, İtaliyada oynayacağıq"

Qeyd edək ki, martın 24-də oynanılacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu oyundan 3 gün sonra Belqradda Serbiya ilə üz-üzə gələcək pireneylilər martın 30-da Lüksemburqun qonağı olacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər