21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
UEFA Avro-2020 ilə bağlı tələblər irəli sürüb
Tarix: 17-03-2021 11:28 | Bölmə: İdman
UEFA Avro-2020 ilə bağlı tələblər irəli sürüb

UEFA prezidenti Aleksander Çeferin Avro-2020-nin təşkili ilə bağlı daha bir açıqlama verib.

Reyting.az
xəbər verir ki, "Sky Sports"a danışan sloveniyalı funksioner turnirin arkeşlərlə keçiriləcəyini təsdiqləyib:

"Təşkilatçılıqla bağlı bir neçə ssenari mövcuddur. İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma mümkün olmasa, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Avro-2020-nin istənilən matçının boş stadionda keçirilmə ehtimalı yoxdur. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir. Şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdir. Yekun qərar isə aprelin 20-də veriləcək".

Xatırladaq ki, Avropa çempionatı bu il Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməlidir. 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər