21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dörd qadın güləşçimiz lisenziyasız qalıb
Tarix: 19-03-2021 17:36 | Bölmə: İdman
Dörd qadın güləşçimiz lisenziyasız qalıb

Qadın güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.

Məlumata görə, yığmanın heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) 1/8 finaldan, Tatyana Omelçenko (76 kq) isə 1/4 finaldan yarışa qoşulub.

Qurbanova Timea Şekeri (Macarıstan) mübarizədən kənarlaşdırsa da, Vanesa Kalacinskayanın (Belarus) müqavimətini qıra bilməyib.

Kolesnik ilk görüşdə, Evelina Nikolovaya (Bolqarıstan), Zutova Corcina Neltorpa (Böyük Britaniya) məğlub olub.

Avropa çempionu Manolova ardıcıl olaraq İlana Kratiş (İsrail) və Danute Domikaytiteyə (Litva) qalib gələrək yarımfinala adlayıb. Manolova finala gedən yolda Rusiya təmsilçisi Xanım Vəliyeva ilə görüşəcək.

Omelçenko isə 1/4 finalda Anastasiya Qriqoryevaya məğlub olub.

Qeyd edək ki, qadın güləşçilərin yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər