21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Mətbuat katibinin şikayəti araşdırılır
Tarix: 19-03-2021 18:02 | Bölmə: İdman
Mətbuat katibinin şikayəti araşdırılır

İdman Arbitraj Məhkəməsində (CAS) "Qarabağ"ın sabiq Mətbuat katibi Nurlan İbrahimovun işinə baxılması üçün heyət formalaşdırılıb.

Bu barədə İbrahimovun özü məlumat verib. Onun sözlərinə görə, heyətdə müxtəlif ölkələrin nümayəndələri var. İbrahimov işə baxılıb-baxılmayacağına dair qərarın 3 ay ərzində çıxarılacağını söyləyib.

Keçmiş klub rəsmisi işə baxılmaması üçün UEFA-nın CAS-a təzyiq göstərdiyini bildirib: "Gələn mesajlardan da başa düşürük ki, UEFA bu işə təzyiq edir. Qurum iddia edir ki, prosedur düzgün yerinə yetirilmədiyi üçün işə baxılmamalıdır. Əslində isə bunu etməməlidirlər.

İbrahimovun sözlərinə görə, qitə futbol qurumuna müraciət edilsə də, şikayətə baxılmayıb: "Bizə hüquqi proseduru düzgün yerinə yetirmədiyimizi bildirdilər. Klubdan UEFA-ya məktub göndərdik ki, hər şeyi düzgün etmişik. Bizi başa düşdüklərini, amma şikayətimizi qəbul etmədiklərini söylədilər. Hüquqi prosedur belədir ki, UEFA-nın Apelyasiya Komitəsindən mənfi cavab aldıqdan sonra CAS-a müraciət edə bilərsən. Lakin UEFA şikayətimizi qəbul etməyib. CAS-a müraciət edəndə bunu əsas gətirdik ki, bizə apellyasiya hüququ vermirlər".

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Nurlan İbrahimovla yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər