16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
"Mançester Yunayted" 25 yaşlı futbolçu ilə müqaviləni uzadacaq
Tarix: 21-03-2021 10:26 | Bölmə: İdman
"Mançester Yunayted" 25 yaşlı futbolçu ilə müqaviləni uzadacaq

"Mançester Yunayted" futbolçusu Luk Şouya yeni müqavilə təklif etməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Məlumata görə, "qırmızı şeytanlar" 25 yaşlı müdafiəçinin çıxışından razıdır. Ona görə də klub ingiltərəli oyunçunun maaşında yüksək artım edəcəyi və müqavilənin uzadılacağı bildirilib. Onun hazırki sözləşməsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Şou 35 matça çıxaraq, 1 qol vurub və 6 qolun ötürməsini verib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub