16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
DÇ-2022-nin seçmə mərhələsində mübarizə başlayıb
Tarix: 24-03-2021 09:54 | Bölmə: İdman
DÇ-2022-nin seçmə mərhələsində mübarizə başlayıb

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start veriləcək.

Reyting.az
xəbər verir ki, ilk turda A, D, E, G və H qruplarınada ümumilikdə 13 görüş keçiriləcək. Günün ilk matçı Türkiyə və Niderland yığmaları arasında olacaq. Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Digər oyunlar isə 23:45-də başlayacaq.

Azərbaycan millisinin yer aldığı A qrupunda 3 qarşılaşma olacaq. Canni De Byazinin başçılıq etdiyi kollektiv İtaliyada Portuqaliya yığması ilə, Serbiya seçməsi evdə İrlandiya ilə üz-üzə gələcək. Bu qrupun Qətər - Lüksemburq oyunu isə hazırlıq xarakteri daşıyır.

D qrupunda Fransa - Ukrayna, E qrupunda Belçika - Uels və H qrupunda Sloveniya - Xorvatiya oyunları maraqla gözlənilir.

DÇ-2022-nin seçmə mərhələsi, 1-ci tur

A qrupu

21:00. Qətər - Lüksemburq

23:45. Portuqaliya - Azərbaycan

23:45. Serbiya - İrlandiya

D qrupu


23:45. Finlandiya - Bosniya və Herseqovina

23:45. Fransa - Ukrayna

E qrupu

23:45. Belçika - Uels

23:45. Estoniya - Çexiya

G qrupu

21:00. Türkiyə - Niderland

23:45. Cəbəllütariq - Norveç

23:45. Latviya - Monteneqro

H qrupu

23:45. Kipr - Slovakiya

23:45. Malta - Rusiya

23:45. Sloveniya - Xorvatiya

Qeyd edək ki, sabah seçmə mərhələdə daha 13 görüş gerçəkləşəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub