16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Türkiyə yığması niderlandlılara qalib gəlib
Tarix: 24-03-2021 23:48 | Bölmə: İdman
Türkiyə yığması niderlandlılara qalib gəlib

DÇ-2022-nin seçmə qrup mərhələsinə başlayıb.

Reyting.az
-ın məlumatına görə, ilk oyun İstanbulda olub.

G qrupunda yer alan Türkiyə yığması əsas rəqibi sayılan Niderlandı Atatürk Olimpiya Stadionunda qəbul edib. Qonaqlar qrupun aşkar favoriti göstərilsə də, Şenol Günəşin yetirmələri ilk oyunda güclərini göstəriblər. Burak Yılmazın qolları ilə birinci hissədə önə keçən “ay-ulduzlular” fasilədən dərhal sonra fərqi 3 topa çatdırıb.

Frank de Burun kollektivi sonlara yaxın iki dəqiqə ərzində 2 qol vuraraq rəqibi həyəcanlandırsa da, geridönüş edə bilməyiblər. Burak cərimə zərbəsindən gözəl qolla het-trikə imza atıb. Son dəqiqələrdə niderlandlılar penalti qazansalar da, Memfis Depayın zərbəsini dəf edən Uğurcan Çakır fərqin minimuma enməsinə imkan verməyib. Beləliklə, bol qollu alınan görüşdə qələbə qazanan Türkiyə millisi seçmə mərhələyə 3 xalla başlayıb.

Qeyd edək ki, Türkiyə millisi qrupda növbəti oyununu martın 27-də İspaniyanın Malaqa şəhərində Norveçə qarşı keçirəcək.

DÇ-2022-nin seçmə mərhələsi

24 mart
G qrupu, I tur

Türkiyə - Niderland – 4:2
Burak Yılmaz, 15, 34 (pen.), 81, Hakan Çalhanoğlu, 46 – Klaassen, 75, Luk de Yonq, 76.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub