16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
DÇ-2022: Danimarka və İsveçrə yığmaları qalib gəliblər
Tarix: 25-03-2021 23:02 | Bölmə: İdman
DÇ-2022: Danimarka və İsveçrə yığmaları qalib gəliblər

DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonası üzrə növbəti görüşlərinə start verilib.

Məlumata görə, ilk turun ikinci oyun gününün açılış qarşılaşmalarında Bolqarıstan İsveçrəni, İsrail isə Danimarkanı qəbul edib. Hər iki matç qonaqların qələbəsi ilə yekunlaşıb.

C qrupunun görüşündə İsveçrə 3:1, F qrupunun qarşılaşmasında Danimarka 2:0 hesabı ilə qalib gəlib:

C qrupu

21:00. Bolqarıstan - İsveçrə - 1:3

Qollar: Kiril Despodov, 46 - Brel-Donald Embolo, 7. Haris Seferoviç, 10. Stiven Tsuber, 13

F qrupu

21:00. İsrail - Danimarka - 0:2

Qollar: Martin Breytueyt, 13. Yonas Vind, 67

Qeyd edək ki, ilk tura Bakı vaxtı ilə saat 23:45-də başlanacaq 11 oyunla yekun vurulacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub