16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
DÇ-2022-nin ikinci gününün qalib və məğlubları... - Siyahı
Tarix: 26-03-2021 09:59 | Bölmə: İdman
DÇ-2022-nin ikinci gününün qalib və məğlubları...

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçlar keçirilib.

Reyting.az
xəbər verir ki, ikinci oyun günündə B, C, F, I və J qruplarında 13 qarşılaşma olub.

B qrupunda İspaniya millisi Yunanıstanla bərabərə qalıb - 1:1, İsveç yığması isə Gürcüstanı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. İtaliya da seçmə mərhələyə doğma meydanda start verib. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib

1-ci qrupda İngiltərə millisi San-Marinonu darmadağın edib - 5:0. J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiyanı böyük hesabla məğlub edib - 3:0.

DÇ-2022-nin seçmə mərhələsi, 1-ci tur

25 mart


B qrupu

23:45. İspaniya - Yunanıstan - 1:1

Qollar: Alvaro Morata, 33 - Anastasios Bakasetas, 57-pen

23:45. İsveç - Gürcüstan - 1:0

Qol: Viktor Klaesson, 35

C qrupu

21:00. Bolqarıstan - İsveçrə - 1:3

Qollar: Kiril Despodov, 46 - Brel-Donald Embolo, 7, Haris Seferoviç, 10. Stiven Tsuber, 13

23:45. İtaliya - Şimali İrlandiya - 2:0
Qollar: Domeniko Berardi, 14, Çiro İmmobile, 39

F qrupu

21:00. İsrail - Danimarka - 0:2

Qollar: Martin Breytueyt, 13. Yonas Vind, 67

23:45. Şotlandiya - Avstriya - 2:2

Qollar: Qrant Henli, 71, Con Makginn, 85 - Saşa Kalayciç, 55, 80

23:45. Moldova - Farer adaları - 1:1
Qollar: İon Nikolaesku, 9 - Maynhard Olsen, 83

I qrupu

23:45. İngiltərə - San-Marino - 5:0

Qollar: Ceyms Uord-Prouz, 14, Dominik Kalvert-Lüin, 21, 53, Rahim Sterlinq, 31, Olli Uotkins, 83

23:45. Macarıstan - Polşa - 3:3
Qollar: Roland Şallai, 6, Adam Şalai, 53, Villi Orban, 78 - Kşiştof Pyontek, 60, Kamil Yuzvyak, 61, Robert Levandovski, 83

23:45. Andorra - Albaniya - 0:1

Qol: Ermir Lenyani, 41

J qrupu

23:45. Almaniya - İslandiya - 3:0
Qollar: Leon Qoretska, 3, Kay Haverts, 7, İlkay Gündoğan, 56

23:45. Rumıniya - Şimali Makedoniya - 3:2

Qollar: Florin Tenase, 28, Valentin Mixeyle, 50, Yanis Haci, 86 - Ariyan Ademi, 82. Aleksandar Traykovski, 83

23:45. Lixtenşteyn - Ermənistan - 0:1

Qol: Noa Frommelt, 83-avtoqol.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub