16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
"Qarabağ"ın legioneri: "Neftçi"də hər zaman yaxşı futbolçular yer alıb"
Tarix: 26-03-2021 18:49 | Bölmə: İdman
"Qarabağ"ın legioneri: "Neftçi"də hər zaman yaxşı futbolçular yer alıb"

"Tam heyətlə olmasa da, hazırlığımız davam edir. Bütün futbolçular olmayanda çətin olur, buna baxmayaraq, məşqlərdən maksimum yararlanmağa çalışırıq".

Bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında deyib.

"Azərbaycan Premyer Liqasının qalibi olmaq həmişə çətin olub. Bu il də istisna deyil. "Neftçi" ilə mübarizəyə gəlincə, bu il deyil, hər zaman bu komandada yaxşı futbolçular yer alıb. Mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu deyil, sırf olaraq növbəti matçımızı düşünürük. Baş məşqçimiz də bizdən həmişə performansımızın yüksək olmasını tələb edir"/Report.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub