21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Yığmanın qapıçısı koronavirusa yoluxub
Tarix: 27-03-2021 15:29 | Bölmə: İdman
Yığmanın qapıçısı koronavirusa yoluxub

Polşa millisinin qapıçısı Lukaş Skorupski futbol üzrə dünya çempionatının Andorra ilə seçmə oyunu ərəfəsində koronavirusa yoluxub.

Məlumata görə, İtaliya "Bolonya"sından dəvət almış 30 yaşlı oyunçu özünü martın 25-də narahat hiss edib. O, test nəticələri çıxanadək komandadan təcrid olunub. Testin cavabı isə müsbət olub.

Daha əvvəl İngiltərə "Lids"indən çağırılmış yarımmüdafiəçi Mateuş Klixin də eyni səbəbdən komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Polşa yığması Andorra ilə martın 28-də Varşavada üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər