21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
DÇ-2022: İspaniya, Fransa, Albaniya və Danimarka yığması qalib gəlib
Tarix: 29-03-2021 00:55 | Bölmə: İdman
DÇ-2022: İspaniya, Fransa, Albaniya və Danimarka yığması qalib gəlib

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib.

Məlumata görə, B qrupunda Gürcüstan və İspaniya milliləri arasındakı qarşılaşmada qonaqlar uzatma dəqiqələrində qələbə qazanıb - 2:1.

Meydan sahiblərinin qolunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.

F qrupunda azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka yığması Moldovanı darmadağın edib - 8:0.

Bu, "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin hazırda rəhbərlik etdiyi və "Keşlə"dən çağırılmış qapıçı Stanislav Namaşkonun çıxış etdiyi yığmanın ən ağır məğlubiyyəti olub.

I qrupunda İngiltərə səfərdə Albaniyaya, J qrupunda isə Ermənistan öz meydanında İslandiyaya eyni hesabla qalib gəlib - 2:0.

Qazaxıstan yığması Fransanı qəbul edib. Görüş son dünya çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 19-cu dəqiqədə Usman Dembele açıb. 44-cü dəqiqədə isə Sergey Malıy avtoqol müəllifi olub.

Qonaq komandanın böyük hesabla qalib gəlmək imkanını isə 75-ci dəqiqədə Kilian Mbappe qaçırıb. Onun penalti zərbəsini meydan sahiblərinin qapıçısı Aleksandr Mokin dəf edib.

Bu qələbədən sonra Fransa 4 xalla D qrupunda vahid liderliyi ələ alıb. İlk oyunundan məğlub ayrılan Qazaxıstan isə qrupda sonuncudur/Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər