21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Serbiya Futbol İttifaqının rəhbərliyi tam tərkibdə Bakıya gəlib
Tarix: 29-03-2021 13:03 | Bölmə: İdman
Serbiya Futbol İttifaqının rəhbərliyi tam tərkibdə Bakıya gəlib

Serbiya Futbol İttifaqının (FSS) nümayəndə heyəti Azərbaycan millisi ilə DÇ-2022-nin seçmə mərhələ oyunu üçün tam tərkibdə Bakıya gəlib.

Bu barədə Azərbaycan yığmasının, "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu, Serbiya millisi ilə birlikdə ölkəmizə təşif buyuran Branimir Subaşiç məlumat verib.

Veteran hücumçunun sözlərinə görə, martın 23-də istefa verən FSS prezidenti Slavişa Kokezadan başqa bütün rəsmilər hazırda bu vəzifəni icra edən vitse-prezident, ötənlərin tanınmış futbolçusu Marko Panteliçin rəhbərliyi altında Azərbaycan paytaxtındadır: "Əslində Serbiyanın idman naziri Vanya Udoviçiç də Bakıya gəlməli idi. Son anda mənə məlum olmayan səbəbdən səfəri təxirə düşdü".

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər