21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Serbiya yığmasının baş məşqçisi: "Azərbaycan millisi istənilən rəqibə problem yarada bilər"
Tarix: 29-03-2021 18:36 | Bölmə: İdman
Serbiya yığmasının baş məşqçisi: "Azərbaycan millisi istənilən rəqibə problem yarada bilər"

"Salam, dostlar. Bakıda olmaqdan məmnunuq. Burada özümüzü rahat hiss edirik. Çox gözəl şəhərdir".

Bu fikirləri Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis Canni De Byazinin başçılıq etdiyi kollektivin Portuqaliya ilə matçını izlədiyini bildirib: "Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Sabah başabaş oyun gözləyirəm. Rəqib fiziki baxımdan da hazırlıqlıdır. Bizə çətinlik törədəcəyini gözləyirik".

Təcrübəli baş məşqçinin sözlərinə görə, sabah uduzsalar, bu, faciə sayılmayacaq: "Futbolda faciə anlayışını qəbul etmirəm. Keyfiyyəti və oyun üslubunu göstərmək üçün kifayət qədər şansın var. Məğlubiyyət də oyunun bir hissəsidir. Amma final mərhələsinə getmək istəyiriksə, qalib gəlməliyik. Bilirik ki, sabah keyfiyyətli komandaya qarşı oynayacağıq. Azərbaycan millisi istənilən komandaya problem yarada bilər. Lakin sabah 3 xal qazanacağımıza inanıram"/Report.

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər