21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
UEFA Azərbaycana aprelin 7-dək vaxt verib
Tarix: 03-04-2021 11:44 | Bölmə: İdman
UEFA Azərbaycana aprelin 7-dək vaxt verib

UEFA Avro-2020-nin azarkeşlərin iştirakı ilə keçirilməsi ilə bağlı planların təqdim edilməsi üçün ev sahibi olan ölkələrə vaxt qoyub.

Reyting.az
xəbər verir ki, bu haqda qurumun koronavirus üzrə tibb məsləhətçisi Daniel Kox Almaniya mətbuatına açıqlamasında deyib. Yarışa azarkeşlərin buraxılacağına inandığını deyən Kox məsələ ilə əlaqədar bildirib:

"Bu vəziyyət risklidir. Amma azarkeşlərin oyunlara buraxılmasına razılıq verən ölkələr bu məsuliyyəti öz üzərlərinə götürürlər. Hansı stadionlardan necə istifadə olunacağı aprelin əvvəllərində müəyyənləşəcək. Ev sahibiliyi edəcək şəhərlərin planlarını UEFA-ya təqdim etmək üçün aprelin 7-nə qədər vaxtları var".

Qeyd edək ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər