14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Premyer Liqanın təcili toplantısına 6 klub çağrılmayıb
Tarix: 19-04-2021 23:35 | Bölmə: İdman
Premyer Liqanın təcili toplantısına 6 klub çağrılmayıb

Sabah İngiltərə Premyer Liqa klublarının rəhbərləri Avropa Superliqasının yaradılmasına həsr olunmuş təcili iclasda bir araya gələcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, iclas Superliqaya qoşulmağa razı olan "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Yunayted", "Mançester Siti" və "Tottenhem" təmsilçiləri olmadan keçiriləcək.

Premyer Liqanın icraçı direktoru Riçard Mastersin rəhbərlik edəcəyi virtual toplantı, 2020/2021 mövsümündə iştirak edən qalan 14 klubu bir araya gətirəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}