21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Conson: "İngiltərədə Superliqa oyununun keçirilməsinə qadağa qoyulacaq"
Tarix: 20-04-2021 15:51 | Bölmə: İdman
Conson: "İngiltərədə Superliqa oyununun keçirilməsinə qadağa qoyulacaq"

İngiltərənin baş naziri Boris Conson yeni yaradılan Avropa Superliqası ilə bağlı narazılığını növbəti dəfə dilə gətirib.

O, sərt addımlar atacaqlarını söyləyib.

Conson Superliqaya qatılmaq istəyən İngiltərə klublarına qarşı qanun qəbul edəcəklərini bildirib: “Qəbul olunacaq bu qanunla vəziyyətin qarşısını alacağıq. İngiltərədə Superliqa oyununun keçirilməsinə qadağa qoyulacaq”.

Qeyd edək ki, Superliqada İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klublarının iştirakı təsdiqlənib/ApaSport




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər